"İslahat xarakterli qanunların qəbul edilməsinə də ehtiyac var”. Fins.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin iclasında deyib.
O qeyd edib ki, bu sessiyanın qanunvericilik işləri planında islahatla bağlı qanunlar var, ancaq bir sıra qanunlar da plana salınmalıdır: “Maliyyə sektorunda olan problemlər həll olunmalıdır. Çünki Azərbaycanda hər 4 nəfərdən birinin banka borcu var. Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. 2015-ci ilin ilk devalvasiyasına qədər problemli kreditlər 1 milyard manatın altında olub, təhlükəli həddən xeyli aşağı idi indi 1,8 milyard manatı ötüb təhlükəli həddi də aşıb. Həmin artan problemli kreditlərin xeyli hissəsi ümidsiz kreditlərdi, yəni qaytarılması mümkün olmayacaq.Börcların xeylisinin qayıtması nəticəsində isə bankların çoxunu xilas etmək olar və həmin vəsait hesabına digər zəruri tədbirlər də həyat keçirmək olar. Məsələn,müvafiq qanunvericilik aktı qəbul edib, fakitiki olaraq müflisləşmiş şəxslərin məhkəmə tərəfindən müflis elan olunması və onların borclarının silinməsinə getmək olar. Kimsə borcunu ödəyə bilmirsə,onu həbs etmək yox, borcu bağışlanması daha düzgün yoldur. Sivil dünyada bu belədir,borca görə vətəndaşı həbs etmirlər.Bu, dollar kreditləri olanlara məzənnə güzəştlərinin tətbiqinə də yol açacaq.Bütün bunların müqabilində dövlət banklara birbaşa və dolayısı yardım edə bilər".