30 Oktyabr

“Bankımızda vəziyyət stabildir, biznesimiz qaydasındadır”

“PAŞA Bankın maliyyə vəziyyəti stabildir”.

Fins.az xəbər verir ki, bunu bu gün keçirilmiş mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva bildirib.

“Kəskin artım və azalmalar yoxdur. Biznesimiz qaydasındadır. Bankımız böyür, işçilərin sayı artır. Hazırda növbəti illər üçün strategiya hazırlanır, iri layihələr üzərində iş aparılır”.

O qeyd edib ki, PAŞA Bank 2017-ci ilin birinci yarısını 50 milyon 324 min manat xalis mənfəət ilə başa vurub. Bank 2016-cı ilin birinci yarısında 24 milyon 416 min manat xalis mənfəət açıqlamışdı.