30 Oktyabr

Bank sektorunun balans kapitalı 3 mlrd. manatdır

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 avqust 2017-ci il tarixinə cəmi aktivləri 29 mlrd. 491,7 mln. manat, cəmi öhdəlikləri isə 26 mlrd. 568,2 mln. manat təşkil edib. Bu barədə Banker.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat daxil olub.

Məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 923,6 mln. manat, əhalinin əmanətləri 6 mlrd. 871,7 mln. manat olub.