30 Oktyabr

“Banklar qiymətli kağızlara yönəlib” – AÇIQLAMA

Banklar qiymətli kağızlara yönəlib. Fins.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Cəfər İbrahimli deyib. O bildirib ki, son açıqlanan məlumatlara görə banklar aktivlərinin tam 17%-ni yəni 5 milyard manatlıq hissəsini qiymətli kağızlara yatırıblar. Qeyd olunan investisiyanin təxminən 1 milyardı daxili bazarda yerləşdirilən dövlət qiymətli kağızlarına yatırılıb. Diğər korporativ istiqrazlarını isə manatla İpoteka Fondu, bank və diğər şirkətlər tərəfindən buraxılıb. ABŞ dolları bazasında isə SOCAR tərəfindən buraxılan yüz milyon dolların bir hissəsi banklar tərəfindən alınıb.
C.İbrahimli hesab edir ki, banklar dollarda olan aktivlərinin bir hissəsini isə xarici bazarda əməliyyat olunan AVROBONDlara yerləşdiriblər.