"Neft gəlirləri ilə zəngin Azərbaycanın iqtisadiyyatı bu il 1,3% geriləyib, amma gələn il irəliləyəcək".
Fins.az xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov deyib.
Xatırladaq ki, ADB bundan əvvəl 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,1% artacağını proqnozlaşdırırdı.
“İqtisadi geriləmə neftin ucuzlaşması ilə bağlıdır. Üstəlik bu ilin I yarısında ölkədə neft hasilatı 9% azalıb. Halbuki 2016-cı ilin eyni dövründə azalma cəmi 0,4% təşkil edib”, - deyə o, qeyd edib.
ADB rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanın dövlət gəlirlərinin təxminən 75%-i və ÜDM-in 45%-i neft və qazın hesabına formalaşır.