30 Oktyabr

"PAŞA Bank"ın problemli kreditlərinin aktivlərdə payı 13%-i ötüb

2017-ci ilin birinci yarısında "PAŞA Bank" ASC-nin problemli kreditlərinin ümumi aktivlərdə payı 1% artaraq 13,1%-ə yüksəlib.

Fins.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva deyib.
Xanım bankirin sözlərinə görə, ümumilikdə keçmiş illərdə tikinti və xidmət sektorunda fəaliyyət göstərən şirkətlərə verilən kreditlərlə bağlıdır: "Bu ilin sonuna biz bu rəqəmin aşağı düşməsini gözləyirik".

Baş maliyyə inzibatçısı bildirib ki, ilin sonunadək bankı aktivlərinin 3,8 mlrd. manata çatacağı proqnozlaşdırılır.