30 Oktyabr

Rusiya Mərkəzi Bankının sədri kriptovalyutaların leqallaşdırılmasına qarşıdır

Rusiya Bankı kriptovalyutaların leqallaşdırılmasının qəti əleyhinədir.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina deyib.

"Bu məsələ hazırda hökumətdə və Dövlət Dumasında müzakirə edilir. Kriptovalyutalar özəl rəqəmsal valyutalardır. Biz özəl pulların leqallaşdırılmasının qəti əleyhinəyik və qanuni ödəniş vasitəsi kimi kriptovalyutadan istifadənin leqallaşdırılmasını dəstəkləmirik", - deyə Nabiullina qeyd edib.