Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Yaşıl dəhliz” bölməsində açıqladığı şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısında Azərbaycandakı 31 bankdan cəmi 4-nün adı var.
“Report” xəbər verir ki, bunlar “Accessbank”, “Bank Respublika” və “Ziraat Bank (Azerbaijan)” ASC-lər, eləcə də “Yapı Kredi Bank (Azerbaijan)” QSC-dir.
Siyahıda bank olmayan kredit təşkilatlarından (BOKT) heç birinin adı yoxdur. Yalnız 1 kredit ittifaqının adı həmin siyahıya düşüb. Bu, “Abbas Kredit İttifaqı” MMC-dir.
Bundan başqa, Azərbaycanın maliyyə bazarında fəaliyyət göstərən investisiya şirkətləri və “Bakı Fond Birjası” QSC də şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisi deyil.
Siyahı ilə http://www.taxes.gov.az/uploads/2017/sheffaf/sh09102017.pdf linki vasitəsilə tanış olmaq olar.
© Report