30 Oktyabr

Bankların xarici borcu azalır

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il sentyabr ayının 1-nə 6 milyard 428,3 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, avqustun 1-nə olan göstərici ilə müqayisədə 462,7 milyon manat və ya 6,71% azdır.

Keçən ilin analoji dövrü ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 31,3 milyon manat və ya 0,48% azalıb.

© Report