Azərbaycanda cari ilin yanvar-avqust ayları ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 696 mln. manat həcmində əməliyyatlar həyata keçirilib.
Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 173 mln. manat və ya 33% artıb.
Əməliyyatların 504 mln. manatı POS-terminallar, 192 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 193 mln. manat və ya 62% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 20 mln. manat və ya 9% azalma qeydə alınıb.
Cari ilin avqust ayında POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ayla müqayisədə 5 mln. manat və ya 8% artaraq 69 mln. manat, ATM-lə nağdsız ödənişlərin həcmi isə 1 mln. manat və ya 4% artaraq 28 mln. manat təşkil edib.
© Report