Qara bazar nədi və nə vaxt yaranır? Hazırda ölkəmizdə əsasən valyuta “qara bazar”ı mövcutdu. Bu bazarda xarici valyutalar dəyişdirilir. Bəs “Qara bazar” nə vaxt yaranır? Fins.az-ın bu sualına cavabı iqtisadçı ekspert Cəfər İbrahimli cavablandırıb. Ekspertin sözlərinə görə “qara bazar” o zaman yaranır ki, ölkədə hər hansı bir məhsulda defisit yaransın. Bu zaman “qara bazar” formalaşır ki, insanlar da bu bazardan yararlanırlar. Lakin Cəfər İbrahimli hazırda ölkəmizdə “qara bazar”ın o qədər də aktiv olmadığını bildirdi. Ekspert banklarda alqı-satqı spredinin də aşağı olduğunu söylədi.
Həmçinin rəsmi bazarlarda yəni banklarda kifayət qədər xarici valyutanın olduğu bildirildi. Bundan başqa ekspertin sözlərinə görə hazırda valyuta dövriyyəsinin 90% nin rəsmi bazar təşkil edir. Cəfər İbrahimlinin fikrincə ölkəmizdə olan "qara bazar" simvolik xarekter daşıyır. Məlumat üçün bildirək ki, valyuta “qara bazar”ı Türkiyə, İran və Gürcüstanda da mövcutdu.
Müəllif: Xeybər Heydərov