"AGBank" ASC-nin aktivlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 0,74% artaraq 510 mln. 544,64 min manat təşkil edib. Qeyd edək ki, bu 2017-ci ilin 30 sentyabr-na qədər olan məlumatdır.
Fins.az bankın balans hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli 4% azalaraq 283 mln. 295,5 mln. manata enib. Üçüncü rübün sonuna bankda problemli kreditlərinin həcmi 146 mln. 351,1 min manatdır ki, bu da ümumi kredit portfelinin 51,66%-nə bərabərdir. Ötən ilin analoji dövrü ilə müqayisədə problemli kreditlərin həcmi 23,76% və ya 28 mln. 98,6 min manat artıb.
Bankın öhdəlikləri il ərzində 4,17% artaraq 458 mln. 353,3 min manata çatıb. Əhali tərəfindən banka yerləşdirilən əmanətlərin həcmi 12,52% artaraq 163 mln. 942,8 min manat təşkil edib. Bankın depozit portfeli isə 2.61% artıb. Nəticədə bu göstərici 216 mln 352,5 min manat təşkil edib.
Hazırda "AGBank"ın nizamnamə kapitalı 102,2 mln. manatdır.
Müəllif:Xeybər Heydərov