Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il sentyabr ayının 1-nə 6 milyard 428,3 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən verdiyi məlumta görə, bu, avqustun 1-nə olan göstərici ilə müqayisədə 462,7 milyon manat və ya 6,71% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 31,3 milyon manat və ya 0,48% azalıb.