2017-ci ilin avqust ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 33 min ədəd artaraq 5 milyon 597 min ədədə çatıb. Mərkəzi Bankın statistikasına əsasən, avqustda sosial kartlar 18 min ədəd azalaraq 2 milyon 515 min ədədə, əməkhaqqı kartları 14 min ədəd artaraq 1 milyon 744 min ədədə, kredit kartları 10 min ədəd artaraq 577 min ədədə qalxıb. Digər debet kartları isə 27 min ədəd artaraq 761 min ədədə düşüb. Qeyd edək ki, kredit kartları 30 ay azalmadan sonra iyuldan artmağa başlayıb. Belə ki, kredit kartlarının sayı 2015-ci ilin yanvarında 1 milyon 322 min ədədə çatdıqdan sonra azalırdı. İyulda kredit kartları 5 min ədəd artaraq 567 min ədədə çatmışdı. İyulda ödəniş kartları ilə 1 milyard 240 milyon manatlıq əməliyyat aparılıb. Ölkədaxili əməliyyatlardan 962 milyon manatını nağd pulun çıxarılması, 97 milyon manatını nağdsız ödənişlər təşkil edib.