“Bank Respublika” və “Rabitəbank” ASC-lər arasında mümkün konsolidasiyaya dair danışıqlar başlanılıb. Bu barədə Fins.az Reporta istinadən məlumat verir.
Bununla belə, hələ ki, konsolidasiyanın hansı formada olacağı, yəni, banklardan birinin digərinə birləşəcəyi və yaxud iki bankın birləşməsi ilə bazara yeni ad altında bankın daxil olacağı məlum deyil.
Xatırladaq ki, bir qədər əvvəl adları çəkilən banklar bankomat şəbəkəsini birləşdirib və müştərilərinə bir-birinin bankomatlarından komissiyasız istifadə etmək imkanı yaradıb.