30 Oktyabr

Depozit hərracında tələb təklifdən 3 dəfə çox olub

16.10.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 636.1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.

Fins.az xəbər verir ki, Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib.