Banklar bütün mülkiyyət formalarına malik olan təşkilatlara, eləcə də fərdi sahibkarlara sürətli və rahat hesablaşmaların aparılması üçün cari hesab açılmasını təklif edir. Bəs cari hesab və işçiləri üçün şirkətlər hansı qaydalar və qiymətlərlə hesab açıb pul köçürə bilərlər?! Fins.az şirkətlərin hansı banklarda hesabı neçəyə aça biləcəyini öyrənib.
Hüquqi şəxslərə cari hesabın açılması üçün zəruri olan sənədlər:
İmza və möhür nümunələri vərəqəsində imza hüququ olan bütün səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənəd (Bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənədin əsli geri qaytarılır).;
Hüquqi şəxsin nizamnaməsinin (əsasnaməsinin) notarial qaydada təsdiqlənmiş surəti;
Hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə sənədin notarial qaydada təsdiqlənmiş surəti;
Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surəti;
Müvafiq vergi orqanı tərəfindən verilmiş Şəhadətnamə-dublikatın əsli;
Müvafiq dövlət sosial sığorta orqanından (kommersiya məqsədli hüquqi şəxslər istisna olmaqla) verilmiş Şəhadətnamə-dublikatın əsli;
Notarial qaydada təsdiq olunmuş imza və möhür olan vərəqələr – 2 nüsxədə (hər ikisinin əsli)
Bankların maaş kartları üçün təklif etdiyi xidmətlərin qiyməti isə belədir:
Bankın adı |
Hesab üçün ödənməli pul |
İşçilərə pul köçürəndə tutulan komissiya haqqı |
Bankomatdan pul çıxararkən tutulan komissiya haqqı |
Maaş kartının qiyməti |
AccsessBank |
Pulsuz |
0.003%-interbankinglə pulsuz |
1 % tutulur |
pulsuz |
AFB bank |
10 manat |
0.6 % |
0.6% |
|
AGB bank |
10 manat |
1 % |
Komissiya haqqı tutulmur |
1-illik 10 manat |
Amrahbank |
10 manat |
1% |
1% tutulur |
10 manat |
ATA bank |
pulsuz |
0.8% tutulur |
tutulmur |
Kartlar 8 manat |
Azərbaycan Beynəlxalq Bank |
pulsuz |
0.8% |
tutulmur |
1-illik 10 manat |
Expressbank |
Manatda pulsuz digər valyutalarda 10 manat |
0.7% |
tutulmur |
1 illik -4 manat |
Gunaybank |
pulsuz |
1% |
tutulmur |
1 illik 10-15 manat |
Kapital Bank |
20 manat |
1% |
0.5 % |
1 illik 8 manat |
Nikoil bank |
pulsuz |
0.8% |
tutulmur |
2 illik 15 manat |
Rabitəbank |
Manatla pulsuz |
0.6-0.8% |
tutulmur |
1 illik – 8 manat |
Turanbank |
pulsuz |
1% tutulur |
tutulmur |
1 illik-10 manat |
Azər Türk Bank |
20 manat |
0.5% |
tutulmur |
1 illik-9 manat |
Bank of Baku |
pulsuz |
0.7% |
tutulmur |
4 illik-8 manat |
Bank Respublika |
10 manat |
1% |
tutulmur |
Kart pulsuzdur |
Bank VTB |
pulsuz |
0.2-0.5% |
tutulmur |
15 manat |
Müəllif:Xeybər Heydərov