30 Oktyabr

Dollar 11 aylıq minimuma düşdü – HƏRRACIN NƏTİCƏSİ

Oktyabrın 17-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Bankdan Fins.az-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bu gün rəsmi məzənnə 1.7003 manatdır.

Xatırladaq ki, bu, dolların ötən ilin noyabrın 15-16-da olan məzənnəyə qədər enməsi deməkdir. Belə ki, həmin tarixdə dollar 1.6954 səviyyədən 1.7039 səviyyəyə yüksəlmişdi.