30 Oktyabr

Hərracdan əvvəl “Bloomberg”də dollar 1.70 manatı keçdi

Oktyabrın 19-də banklararası ticarətdə dollar yenidən bahalaşıb. Fins.az xəbər verir ki, növbəti valyuta hərracından əvvəl “Bloomberg” terminalında dollar 0,2% dəyər qazanaraq 1.7008 manata qədər yüksəlib.

Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.7001 manat məzənnəsi ilə yekunlaşsa da, bu gün isə açılış 1.6974 manatla baş tutub.