Azərbaycan Banklar Assosiasiyası (ABA) sosial yönümlü tədbirlərini davam etdirir. Bu istiqamətdə 27 oktyabr 2017-cı il tarixində ABA tərəfindən“Nə? Harada? Nə zaman?” intellektual yarışmanın keçirilməsi nəzərdə tutulmuşdur.
Yarış üçün artıq banklara müraciət olunub və komandalar qeydiyyata alınır.
Yarışın qalib komandaları mükafatlandırılacaq.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.