30 Oktyabr

Elşən Bədirxanovu təbrik edirik – "RABİTƏBANK"

Bədirxanov Elşən Sədrəddin oğlu 20 oktyabr 1969-cu ildə anadan olub. 1986-1992-cı illərdə Bakı Dövlət Universitetində bakalavr təhsili alıb. Performance Management üzrə CIMA Diplomuna sahibdir. E.S.Bədirxanov bank karyerasına 1993-cü il tarixindən Azərbaycan Səhmdar Bankı “Azakbank”ın Müxbir əlaqələri şöbəsinin rəisi olaraq başlayıb. 1994-2003-cü illərdə Rabitəbank SKB-də Beynəlxalq bank əməliyyatları idarəsinin rəisi vəzifəsində çalışıb. 2003-2007-ci illərdə Bank of Baku-da İdarə heyəti sədrinin müavini (Pərakəndə bankçılıq, əməliyyat, xəzinədarlıq, insan resursları və hüquq sahələr üzrə) və İdarə heyəti sədrinin əvəzi kimi fəaliyyət göstərib. 2007-2010-cu illərdə Bank VTB (Azərbaycan) ASC-nin İdarə heyəti sədrinin müavini (Korporativ və pərakəndə bankçılıq sahələri üzrə) vəzifəsində, 2012-2015-ci illərdə isə “Buta Sığorta” ASC-nin İdarə heyəti sədrinin müavini (İnsan resursları, Maliyyə, İT və digər dəstək sahələr üzrə) vəzifəsində çalışıb. 2016 il avqust ayından “Rabitabank” ASC-də çalışır, hal-hazırda İdarə Heyəti sədrinin müavini (İnsan resursları, Biznes Proseslərinin inkişafı və Təşkilati sahələr üzrə) vəzifəsində fəaliyyət göstərir.
Müəllif:Xeybər Heydərov