"Bank Silk Vey" mənfəətini 18% artırıb. Fins.az xəbər verir ki,"Bank Silk Vey" bu ilin yanvar-sentyabr aylarını 6,692 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
9 ay ərzində "Bank Silk Vey"in faiz gəlirləri 20,456 milyon manat, faiz xərcləri 8,135 milyon manat, qeyri-faiz gəlirləri 13,227 milyon manat, qeyri-faiz xərcləri 17,547 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 1,173 milyon manat, mənfəət vergisi ödəmələri isə 136 min manat təşkil edib.
Oktyabrın 1-nə "Bank Silk Vey"ın aktivləri 405,643 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,1% çoxdur. Bunun 369,797 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3% böyüyüb.
Hesabat tarixinə "Bank Silk Vey"in öhdəlikləri isə 282,162 milyon manat olub ki, bu da illik müqayisədə 0,6% çoxdur. Bunun isə 170,98 milyon manat müştərilərdən alınmış depozitlər, o cümlədən 141,562 milyon manatı fiziki şəxslərin depozitləri, 29,418 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. Son 1 ildə Bankın depozit portfeli 0,5% böyüyüb.
İl ərzində "Bank Silk Vey"in balans kapitalı 9,2% artaraq 123,482 milyon manata, nizamnamə kapitalı isə 3% artaraq 104,601 milyon manata çatıb.
Müəllif:Xeybər Heydərov