30 Oktyabr

Rusiyaya manatla, komissiyasız pul göndərmək mümkün olacaq

Rusiyanın pulköçürmələr və ödəniş sistemi olan "Contact" Azərbaycan, Qazaxıstan və Qırğızıstana, eləcə də əks istiqamətdə milli valyutada pulköçürmə əməliyyatlarını pulsuz edib.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, konvertasiya göndərilmə zamanı "Contact" ödəniş sisteminin məzənnəsi üzrə həyata keçirilir. Həmçinin pulköçürmələrin ödənişi üzrə komissiya alınmır.

Yaxın vaxtlarda bu yeniliyin digər ölkələrdə də tətbiq olunacağı gözlənilir.