Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan notlarının həcmini açıqlayıb.
Fins.az xəbər verir ki, hazırda bu rəqəm 700 mln. manat təşkil edir ki, bu da tarixi rekord olmaqda 12 gün əvvəlki göstəricidən 27,3% və yaxud 150 mln. manat çoxdur.
Bu müddətdə notların orta illik gəlirliliyi isə dəyişməyərək 10,01% qalıb
Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. İndiyə qədər qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi bu ilin sentyabr ayında (600 mln. manat), ən yüksək gəlirliliyi isə aprel ayında (14,98%) qeydə alınıb.
© Report