Bankın 2017-ci ilin ilk 9 ayı üzrə hesabatlarını açıqlaması nəticəsində bankın bir səhminin balans dəyərini hesablamaq mümkün olub. Fins.az xəbər verir ki, bankın cəmi kapitalını onun cəmi səhmlərinin sayına bölməklə bugün üçün səhmlərin dəyərini hesablamaq mümkündür. ABB-nin cəmi səhmlərinin sayı 4 milyard 597 milyon 360 min ədəd və cəmi kapitalı isə 367 405 000 manat təşkil edir. Beləliklə, bir səhmin balans dəyəri 8 qəpik təşkil edir. Lakin nəzərə alsaq ki, bank hər rüb 156 milyon manat mənfəət əldə etmişdir və demək olar ki, problemlərinin böyük əksəriyyətini artıq arxada qoyub, gələcək dövrdə də eyni həcmdə mənfəət əldə etməsi halında səhmlərin dəyəri artmağa davam edə bilər. Belə davam edərsə, səhmlərin balans dəyəri hər rüb 3 qəpik artar və cəmi 18 ay sonra nominal dəyərə yəni 27 qəpiyə çata bilər.
Səhmləri əldə etmək istəyən şəxslər bircə məqamı dəqiqləşdirməlidirlər. Bankın 2016-cı ilin altı aylıq hesabatında cəmi kapitala daxil edilmiş 999 milyon manat əlavə kapital əks etdirilmişdir. Lakin 2017-ci ilin 9 aylıq hesabatında bu barədə məlumat yoxdur. Əgər bank bu məbləği gələcəkdə geri qaytaracaqsa və ya əvəzində kredit portfeli verəcəksə, səhmlərin dəyərinin artması müddəti uzana bilər.