Hazırda Azərbaycanda 31 bank var. Bu bankların ölkəmizdə çoxlu sayda filial və şöbələri var. Lakin 31 bankdan yalnız bir neəçəsinin xarici ölkədə nümayəndəliyi var. Maliyyə Bazarlarına Nəzarət Palatasından Fins.az-a verilən məlumata görə hazırda 3 yerli bankın xarici ölkələrdə ümumi 4 nümayəndəliyi və 4 törəmə bankı fəaliyyət göstərir. Bunlar aşağıdakılardı:
1. “Azərbaycan Beynəlxalq Bankı” ASC
Nümayəndəlikləri : 1.London (Böyük Britaniya);
2. Frankfurt (Almaniya).
Törəmə banklar : 1. “Azərbaycan Beynəlxalq Bank - Moskva” (Rusiya);
2. “Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan” (Gürcüstan).
2. “Paşa Bank” ASC
Nümayəndəlikləri -- Tbilisi (Gürcüstan)
Törəmə banklar : 1.”Paşa Bank-Gürcüstan” (Gürcüstan);
2. "PAŞA Yatırım Bankası" A.Ş. (Türkiyə).
3. “Muğanbank” ASC
Nümayəndəlikləri -- Moskva (Rusiya)
Qeyd edək ki,siyahıda qeyd olunan bankların nümayəndəlikləri bank fəaliyyəti ilə məşğul olmaq hüququna malik deyillər. Nümayəndəliklər bankların mənafelərini təmsil və müdafiə edən struktur bölmələri olaraq fəaliyyət göstərirlər. Törəmə banklar xarici ölkənin qanunvericiliyinə əsasən bank fəaliyyəti ilə məşğul olan qurumdurlar.
Müəllif:Xeybər Heydərov