"PAŞA Bank" ASC müştərilərinə xəbərdarlıq edib.
Fins.az APA-ya istinadən xəbər verir ki, xəbərdarlıq son vaxtlar ABŞ, Latın Amerikası, Karib, Asiya və Sakit okean regionlarında saxta plastik kartlarla dələduzluq hallarının sayının artması ilə əlaqədardır. "PAŞA Bank" həmin regionlarda kartlar vasitəsi ilə nağdsız/nağd vəsaitlərin çıxarılması üzrə əməliyyatlara blok qoyulmasını qərara alıb.
Həmin regionların siyahısı bankın saytında yer alıb.