31 Oktyabr

Hərrac ərəfəsində “Bloomberg”də dolların – SON MƏZƏNNƏSİ

Oktyabrın 31-də banklararası ticarətdə dollar ötən günlə müqayisədə ucuzlaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.7010

manat məzənnəsi ilə başlayıb. Bu isə 0,05% ucuzlaşma deməkdir. Ötən gün terminal üzərində son ticarət 1.7017 manat məzənnəsi ilə bağlanmışdı.

Qeyd edək ki, nisbi ucuzlaşmaya baxmayaraq son 5 gündə dollar 1.70 manatdan aşağı düşməyib.