Dövlət bankından metropoliten işçilərinə şad xəbər. Azər Türk Bank-dan Fins.az -a verilən məlumata görə adı çəkilan bank Bakı metropoliteninin istismara verilməsinin 50-ci ildönümü və Metropoliten İşçilərinin Peşə Bayramı münasibətilə yeni kampaniya keçirməyə qərar verib.
Beləliklə, Azər Türk Bank tərəfindən 6-20 noyabr tarixləri ərzində «Bakı Metropoliteni» QSC-nin əməkdaşlarına nağd kreditlər tamamilə komissiyasız və sığorta xərci olmadan təklif ediləcək. “Korporativ” kredit məhsulu çərçivəsində verilən vəsaitin maksimal məbləği 10 000 manatdır.
Müəllif: Xeybər Heydərov