Azərbaycanın “Qafqaz İnkişaf Bankı”nın Gürcüstandakı törəməsi olan “Caucasus Development Bank – Georgia” ASC-nin lisenziyasının ləğv olunması prosesi dayandırılıb.
Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının qərarında deyilir.
Qərara əsasən, bank qeyri-bank təşkilatına transformasiya olunub.
Xatırladaq ki, ötən il Azərbaycanda “Qafqaz İnkişaf Bankı”nın bağlanmasından sonra “Caucasus Development Bank – Georgia” ASC-nin də lisenziyasının ləğvi prosesinə başlanılmışdır.