31 Oktyabr

Beynəlxalq Bank “Bakı Taksi” və “Baghlan Group” şirkətlərini məhkəməyə verib

Azərbaycan Beynəlxalq Bankı” ASC “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-ni məhkəməyə verib.

Fins.az-ın məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Bank borcun tutulması barədə tələb irəli sürüb.

Lakin borcun məbləği açıqlanmayıb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan MMC-lər apellyasiya şikayəti veriblər.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Baghlan Group”un sahibi “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovdur.

© Report