31 Oktyabr

Azərbaycandakı bankların nağd vəsaitlərin illik dinamikasına görə renkinqi (TOP-10)

Fins.az "Report" İnformasiya Agentliyinin analitik qrupuna istinadən Azərbaycanda fəaliyyət göstərən bankların 2017-ci il oktyabrın 1-nə nağd vəsaitlərinin illik dinamikasına görə renkinqini təqdim edir.

Aşağıdakı cədvəldə bankların nağd vəsaitlərin illik dinamikası (01.10.2016-cı ilə nisbətən) üzrə ilk onluğu (TOP-10) əks olunub:

Banklar Nağd vəsaitlərin illik dinamikası, %
1 Gunaybank 2 480,3
2 Expressbank 702,6
3 NBC Bank 345,1
4 Silkway Bank 134,6
5 PASHA Bank 105,2
6 Muganbank 91,3
7 Nikoil Bank 90,6
8 Ziraat Bank Azerbaijan 63,5
9 Bank of Baku 62,6
10 AFB Bank 62,0