31 Oktyabr

“Qara bazarda” dollar neçəyədir? – SON DURUM

Noyabr ayının 17-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib.
Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.
Son bahalaşmadan sonra Avropa valyutası da hələlik eyni məzənnə ilə dəyişdirilir. Belə ki, avronun alışı 1.99 manat, satışı isə 2.00 manat təşkil edir.
Rus rublunun isə alışı bir qədər də ucuzlaşıb. Belə ki, rublun alışı 2.78 qəpikdən 2.74 qəpiyə düşüb satışı isə 2.80 qəpik olaraq qalıb.