Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
Fins.az xəbər verir ki, hərracda planlaşdırıldığı kimi 100 mln. manat cəlb edilib.
Tələb isə bundan 6,2 dəfə çox – 623,35 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.
© Report