31 Oktyabr

ADIF-in əvvəlki fəaliyyəti nəzərdən keçirilir

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) bütün fəaliyyət dövrü nəzərdən keçirilir.

Fins.az xəbər verir ki, bunu Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bugünkü iclasında deyib.

Bundan başqa, o, qeyd edib ki, bağlanmış banklarla bağlı hüquq-mühafizə orqanlarına 500-dən çox sənəd təqdim olunub. ADIF rəsmisinin sözlərinə görə, bu işlər 600 mln. manatdan artıq vəsaiti əhatə edir.

V.Abdullayev “Bank Standard”dan vaxtilə 0%-lə kredit verilməsi məsələsinə də münasibət bildirib: “Hesab edirəm ki, kreditlərin nəinki 0%-lə, hətta yüksək faizlə verilməsi də düzgün deyil. Şişirdilmiş gəlirlərə ehtiyac yox idi”.