Azərbaycanda fəaliyyət göstərən 31 bankdan 24-ü əməliyyat mənfəəti əldə edib. Ən yüksək mənfəətlilik göstəricisi "Azərbaycan Beynəlxalq Bankı"na məxsus olub. Belə ki, bu ilin yanvar-sentyabr aylarına görə bankın mənfəətlik göstəricisi 475,711 milyon manat olub. Əməliyyat mənfəəti əldə edən banklar arasında ən aşağı mənfəətlilik isə "Turan Bank"da (648 min manat) qeydə alınıb.
Müəllif:Xeybər Heydərov