Dekabrın 29-da, saat 17:00-da “Effektivnest” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin ümumi yığıncağı keçiriləcək.
Məlumata görə, yığıncağın gündəliyinə Fuad Abduriza oğlu Məmmədovun təsisçilikdən çıxması və onun BOKT-un nizamnamə kapitalına qoyduğu vəsaitin geri qaytarılması, “Effektivnest”in 2017-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanması məqsədi ilə kənar auditorun seçilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Effektivnest” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,13 mln. manatdır.
© Report