31 Oktyabr

Zakir Nuriyev: “Dekabrın 1-dən gec olmayaraq banklar ƏDV-nin tutulmasını həyata keçirməlidir”

Bu ayın sonunadək prosessinq mərkəzləri və banklar daxili proqram təminatlarında işləri yekunlaşdırmalıdır

“Dekabrın 1-dən ölkə xaricində yerləşən müəssisələrin Azərbaycanda fəaliyyəti ilə əlaqədar kartlar vasitəsi ilə göstərilmiş bütün bu növ xidmətlərindən ƏDV tutulacaq”.

Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, ƏDV-nin tutulması ilə bağlı texniki problem yaranmışdı.

“Bu ayın sonunadək bütün bu məsələlər öz həllini tapmalıdır. Prosessinq mərkəzləri və bankların daxili proqram təminatlarında işlər yekunlaşmalıdır. Dekabrın 1-dən gec olmayaraq banklar bu verginin tutulmasını həyata keçirməlidirlər“, - deyə Z.Nuriyev vurğulayıb.

APA