31 Oktyabr

Bank VTB (Azərbaycan) kapitalını artıracaq - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ

Bank VTB (Azərbaycan)-ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

29 dekabr 2017-ci il tarixində bank VTB (Azərbaycan)-ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bankdan Fins.az-a daxil olmuş məlumata görə. yığıncaq saat 11.00-da bankın Bakı ş., Xətai prospekti 38 yerləşən ofisində baş tutacaq.

İclasın gündəliyi aşağıdakı məsələlərdən ibarətdir:

-Bank Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi,

-Bankın nizamnamə kapitalının artırılması,

-Bankın Nizamnaməsinə dəyişikliklərin edilməsi.