Dekabrın 1-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib.
Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.
Avropa valyutası “qara bazar” məzənnəsi nisbətən yüksəlib. Belə ki, avronun alışı 2.00 manatdan 2.01 manata, satışı isə 2.02 manata kimi bahalaşıb.
“Qara bazar”da rus rublu isə yenidən ucuzlaşıb. Belə ki, rublun alışı 2.87 qəpikdən 2.84 qəpiyə, satışı isə 2.90 qəpikdən 2.85 qəpiyə qədər ucuzlaşıb. Başqa sözlə, rublun alqı-satqısı 1-1,7% ucuzlaşıb.