Dekabrın 4-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.
Avropa valyutasının “qara bazar” məzənnəsi də dəyişməyib. Belə ki, avronun alışı 2.01 manat, satışı isə 2.02 manat təşkil edir.
“Qara bazar”da rus rublu isə yenidən ucuzlaşıb. Belə ki, rublun alışı 2.84 qəpikdən 2.83 qəpiyə düşüb, satışı isə 2.85 qəpikdən 2.86 qəpiyə qədər bahalaşıb.