Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin edilib. Fins.az xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Fuad Hüseynəliyev gətirilib. O, yeni vəzifəsində Könül Məmmədovanı əvəz edib.
F.Hüseynəliyev iqtisadi jurnalistikada təxminən 20 illik təcrübəyə malikdir. O, bundan əvvəl “İnterfaks-Azərbaycan” informasiya agentliyində, “Region plus” jurnalında rəhbər vəzifələrdə çalışıb.
Müəllif: Xeybər Heydərov
