Bu ilin oktyabr ayında Azərbaycan banklarının Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi azalıb.
Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, sentyabr ayı ilə müqayisədə oktyabrda bankların AMB qarşısında öhdəliyi 4,2 mln. manat və ya 0,73% azalaraq 566,6 mln. manat təşkil edib.
Ümumiyyətlə, ilin əvvəlindən Mərkəzi Bankın banklara qarşı tələbləri 1 mlrd. 128,9 mln. manat və ya 2,99 dəfə azalıb.
© APA
