31 Oktyabr

Oktyabrda bank sektorunda çalışanların sayı artıb

2017-ci ilin noyabr ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 470 nəfər təşkil edib. Fins.az əbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, oktyabrda bank sektorunda çalışanların sayı 130 nəfər və ya 0,79% artıb. Belə ki, sentyabr ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 340 nəfər olub.

Ümumiyyətlə, bu ilin 10 ayında bank sektorunu 477 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub.

Qeyd edək ki, bu ilin III rübündə ölkədə 31 bank fəaliyyət göstərib.

© APA