31 Oktyabr

Bank of Baku AFB Bank ilə birləşəcəyi barədə yayılan şayələrə aydınlıq gətirib - AÇIQLAMA

Bank of Baku-u AFB Bank ilə birləşəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib. Belə ki, Bank of Baku-dan Fins.az verilən məlumata görə, Bankın fəaliyyəti ilə bağlı bu kimi qərarlar Səhmdarların Ümumi Yığıncağında qəbul olunur və ictimaiyyətə bu haqda rəsmi məlumat verilir. Hal-hazırda, rəsmi mənbələrdən bu kimi məlumat daxil olmadığı üçün yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bank haqqında yalnış yayılan digər bir məlumat da isə bildirilirdi ki, bankın əmanətçiləri əmanətlərini geri götürür və s. Lakin Bank of Bakudan verilən məlumata görə, hazırda belə hal müşahidə olunmur. O ki qaldı bankın müştəri bazasına hazırda bu rəqəm 700.000 nəfərə yaxındır deyə açıqlanan rəsmi məlumatda bildirilib.

Müəllif: Xeybər Heydərov