31 Oktyabr

İlin əvvəlindən banklar kreditləşməni 4,2 mlrd. manat azaldıb

Bu ilin oktyabrında ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.

Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, noyabr ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 707,5 mln. manat təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 259,4 mln. manat və ya 2,16% azalma deməkdir.

Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 4 mlrd. 230,8 mln. manat və ya 26,54% azalıb.

© APA