31 Oktyabr

Almaniyada ödənişlər ən çox bu üsulla edilir – AVROPA MƏRKƏZİ BANKI

Bank kartları artıq çoxdan insanların pul qabında özünə yer tapıb. Fins.az az xəbər verir ki, Avropa Mərkəzi Bankının apardığı araşdırmalara görə, nağdsız ödənişdən istifadə ölkələrə görə fərqlənir. Avropa ölkələrində bəzi ölkələr var ki, burada hələ də insanlar ənənəvi kağız puldan istifadəyə üstünlük verirlər.

Araşdırmalardan bəlli olub ki, baxmayaraq ki, qlobal avtomatizasiya həyata keçirilir,lakin buna rəğmən yenə də Avropada ödəniş aləti kağız pullar olub. Tranzaksiyaların 79% kağız pullarla həyata keçirilib. Ödəniş kartlarından isə cəmi 19 % əməliyyat olunub.

Belə ki, Avropa ölkələrində bəzi ölkələrin əhalisi nağd ödənişlər etməyə üstünlük verirlər. Misal olaraq Almaniya Avstriya və Sloveniyada insanlar ödənişlərin 80%-ni kağız pullarla edirlər. Lakin Finlandiya, Estoniya və niderlandda nağd ödənişlər cəmi 45%-54% təşkil edir. Bu göstərici Avropa ən miniman nəticə hesab olunur.

Yunanıstan Kipr və Maltada insanların 70% yüksək məbləğləri nağd ödəyirlər.

Həmçinin araşdırmadan o da bəlli olub ki, Avropada nağd pullardan daha çox kişilər istifadə edir. Avropada nağd puldan istifadə edənlər isə əsasən 40 və bu yaşdan yuxarı yaşları olan insanlardı.

Müəllif:Xeybər Heydərov