31 Oktyabr

Bugünkü depozit hərracında tələb təklifdən 1,4 dəfə az olub

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bu gün keçirilmiş hərracda tələb 292,50 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,68% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifdən 1,36 dəfə az olub.

Qeyd edək ki, bugünkü depozit hərracında 400 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.