31 Oktyabr

Bu bank 3 yeni filial açır - İŞÇİLƏR TƏLƏB OLUNUR

Bank Respublika 3 yeni filial açır. Yeni işə başlayacaq filiallar bölgələrdə yerləşəcək. Belə ki, Bank Respublikadan Fins.az-a verilən məlumata görə, yeni filiallar Astara, İmişli və Goranboyda istifadəyə veriləcək. Həmçinin yeni filiallara yeni işçilərin toplanıldığı bildirildi. Məlumata görə,hazırda adı çəkilən bank tərəfindən yeni filiallar ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib.

Müəllif: Xeybər Heydərov