31 Oktyabr

"Unibank" 10 milyon manatlıq səhm buraxdı

“Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə “Bank”) Nizamnamə kapitalının artırılması ilə əlaqədar olaraq, Bankın 12.12.2017-ci il tarixində AZ1003002024 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 2,72 manat olan ümumi dəyəri 10 000 001,12 (on milyon bir manat on iki qəpik) manat məbləğində səs hüququ verən 3 676 471 (üç milyon altı üz yetmiş altı min dörd yüz yetmiş bir) ədəd adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsi nəzərdə tutulur.

Fins.az xəbər verir ki, Unibank-ın açıqlamasına görə, bununla, Bank buraxılan səhmlərə abunə yazılışı elan edir və abunə yazılışı müddəti 22 dekabr 2017-ci il tarixinədək (bu tarix daxil olmaqla) müəyyən edilir. Səhmlərin yerləşdirilməsi (səhmlərin satışı) kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcəkdir.
Eyni zamanda, bildirmək istərdik ki, Bankın mövcud Səhmdarları səhmləri almaqda üstünlük hüququna malikdirlər və bu hüquqlardan istifadə edə bilərlər.
Səhmlər almaq və üstünlük hüququndan istifadə etmək niyyətiniz olduğu halda, əldə etmək istədiklər səhmlərin dəqiq sayını göstərməklə abunə yazılışı üçün sifarişlərini yazılı şəkildə 22 dekabr 2017-ci il tarixinədək (bu tarix daxil olmaqla) təqdim edə bilər.
Sifarişlər abunə yazılışı üçün yuxarıda nəzərdə tutulan müddətlərdə səhmlərin yerləşdirilməsində anderrayter kimi iştirak edəcək aşağıda göstərilən investisiya şirkətinə təqdim edilməlidir:

Adı: “Unicapital” İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti
Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, ev. 243
Telefon: (994 12) 541 33 33;
Faks: (994 12) 498 09 53
Email: [email protected]
www.unicapital.az
VÖEN: 1401258741
Əlaqə saxlanılan şəxslər: Baş Menecer: İbrahimli Heydər [email protected] və ya
Mütəxəssis: Suray Məmmədova [email protected]
Səhmlərin emissiya prospekti ilə Məlumatların Elektron Açıqlanması Sistemində (MEAS) https://www.fimsa.az/az/about-system, Bakı Fond Birjasının İnternet şəbəkəsində olan rəsmi səhifəsində www.bfb.az və emitentin internet səhifəsində www.unibank.az tanış olmaq olar.

Müəllif: Xeybər Heydərov